BMT Baş katibi Antonio Quterreş Kiprə səfər edib

BMT-nin Baş katibi Antonio Quterreş Kiprə səfər edib.

Bakigundem.com xəbər verir ki, bu barədə o “X” sosial media hesabında məlumat verib.

Quttereş Kipr probleminin davamlı həllinə nail olmaq üçün BMT-nin öhdəliyini bir daha təsdiqləmək üçün gəldiyini bildirib.

“Kipr məsələsinin hərtərəfli və davamlı həlli axtarışında Kipr icmalarına dəstək olmağa sadiq olduğumu bildirmək üçün Kiprə endim”, – deyə o qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *