“Şəfa” klubu növbəti transferini reallaşdırıb.
Bakigundem.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Maudo Lamine Jarjue ilə 2 illik müqavilə imzalanıb.
28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl “Səbail”in formasını geyinib.
Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb. Eyni zamanda Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveç “Sandefyord” və Şimali Makedoniyanın “Struqa” komandalarında çıxış edib.
Maudo Qambiya millisinin də üzvü olub və 2 matçda meydana çıxıb.













Leave a Reply