“İmişli” PFK heyətini gənc və perspektivli qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib.
Bakigundem.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı bölgə təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Sadiq peşəkar futbol karyerasına “Səbail” FK-da başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra “Qarabağ” FK-nın əsas komandasına qoşulan qapıçı, son mövsümü icarə əsasında “Difai” klubunda keçirib.
















Leave a Reply