Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Cumqalbek Şabdanbekov başqa vəzifəyə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.
Bakigundem.com xəbər verir ki, bu barədə Prezident administrasiyası məlumat yayıb.
Bundan sonra, Maksat Asanaliyev Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsini icra edəcək.
Maksat Asanaliyevin namizədliyi Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilməsi üçün Qırğızıstan Parlamentinə təqdim ediləcək.













Leave a Reply