Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Cəlal Hüseynov karyerasını Rumıniyada davam etdirəcək

Millli komandamızın müdafiəçisi Cəlal Hüseynovun yeni komandası müəyyənləşib.

Bakigundem.com xəbər verir ki, 23 yaşlı futbolçu Bolqarıstanın “Arda” klubundan ayrılıb.

O, karyerasını Rumıniya çempionatında davam etdirəcək. Həmyerlimiz “Petrolul” klubu ilə 2 illik müqavilə bağlayıb.

Ploeşti şəhərini təmsil edən komanda ötən mövsüm Rumıniya yüksək liqasında 12-ci yeri tutub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *