Futbol üzrə Azərbaycan Kubokunun final oyununa start verilib.
Həlledici qarşılaşmada Sabah FK ilə Zirə FK komandaları üz-üzə gəlir. Saat 20:00-da Palms Sports Arenada başlayan oyunu FIFA referisi Elçin Məsiyev idarə edir.
Azərbaycan Premyer Liqasının qalibi olan “Sabah” mövsümü ikinci titulla başa vurmağı hədəfləyir. “Zirə” isə kuboku qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə etməyə çalışır.
Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi də məhz “Sabah” komandasıdır.














Leave a Reply