Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırıb

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat pul ayrılacaq.

Bakigundem.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *