Bu gün minifutbol üzrə Avropa çempionatı başlayır

Bu gün Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatına start veriləcək.

Bakigundem.com xəbər verir ki, Azərbaycan millisinin də mübarizə apardığı turnirin ilk günündə 9 oyun təşkil ediləcək.

Ən maraqlı görüşlərdən biri C qrupunda Türkiyə və Serbiya yığmaları arasında olacaq.

Azərbaycan millisi isə yarışa mayın 28-də start verəcək. Rəqib Avstriya seçməsidir.

Komandamızın F qrupundakı digər rəqibləri Fransa və İtaliya kollektivləridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *