Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Avropa Liqasının qalibi “Aston Villa” oldu

İngiltərənin “Aston Villa” klubu UEFA Avropa Liqasının qalibi olub.

Bakigundem.com xəbər verir ki, Unay Emerinin başçılıq etdiyi komanda turnirin finalında Almaniyanın “Frayburq” klubuna 3:0 hesabı ilə qalib gəlib.

İstanbuldakı “Beşiktaş Park” stadionunda keçirilən görüşdə qolları Yuri Tilemans, Emiliano Buendia və Morqan Rocers vurublar.

Bununla da Emeri baş məşqçi kimi 5-ci dəfə Avropa Liqasında çempionluq sevinci yaşayıb. İspaniyalı mütəxəssis daha əvvəl 3 dəfə ölkəsinin “Sevilya”, 1 dəfə isə “Vilyarreal” klubu ilə titula sahib çıxıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *