7 ölkənin xarici işlər nazirləri R4+E3 formatında ilk dəfə İstanbulda görüşəcək

Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri Türkiyənin təşəbbüsü ilə R4+E3 formatında ilk dəfə İstanbulda görüşəcəklər. 

Bakigundem.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

R4+E3 Xarici İşlər Nazirlərinin görüşləri sabah İstanbulda Türkiyə xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək.

Görüşlərdə regional məsələlərin, əsasən Fələstin məsələsinin, Hörmüz boğazındakı vəziyyətin, Yəməndəki hadisələrin və Rusiya-Ukrayna müharibəsinə həll yollarının axtarılmasının, eləcə də R4 və E3 ölkələri arasında gələcək əməkdaşlıq və koordinasiya imkanlarının müzakirə edilməsi gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *