XİN-dən Beynəlxalq Gənclər Günü ilə bağlı paylaşım

Xarici İşlər Nazirliyi (XİN) 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə paylaşım edib.

Bakigundem.com xəbər verir ki, paylaşımda qeyd edilib:

“12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə gənclərimizi səmimi qəlbdən təbrik edirik. Milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin davamlı inkişafı və müasir dövrün çağırışlarına cavab verən güclü Azərbaycan naminə nümayiş etdirdiyiniz fəallıq, təşəbbüskarlıq və əzmkarlıq böyük qürur hissi doğurur. Əminik ki, yüksək bilik və bacarığa, innovativ düşüncəyə və vətənə bağlılığa malik gənclərimiz bundan sonrakı dövrlərdə də dövlətimizin və xalqımızın rifahına, eləcə də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəklər”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *