Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Xətaidə oğurluq edən şəxs saxlanılıb

Xətai rayonunda evlərin birindən ümumi dəyəri 1700 manat olan pul və gümüş əşyalar oğurlanıb. 

DİN Mətbuat Xidmətindən Bakigundem.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 32 yaşlı O.Həmzəyev müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla məlum olub ki, o, evin pəncərəsinin açıq olmasından istifadə edərək əməli törədib. 

Araşdırmalar davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *