Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

WUF13-ün dördüncü gününə start verilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dördüncü gününə start verilir.

Bakigundem.com xəbər verir ki, bu gün müxtəlif mövzularda müzakirələr aparılacaq, problemlərlə bağlı həll yolları təklif ediləcək.

Gün ərzində ümumilikdə 150-dək tədbirin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, mayın 18-də WUF13-ün rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

“Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *