Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” start götürüb.
Bakigundem.com xəbər verir ki, elm, mədəniyyət və türk dünyasının ortaq irsinə həsr olunan silsilə tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilir.
İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihəyə Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu tərəfdaşlıq edir.
















Leave a Reply