WUF13 akkreditasiya kartlarının verilməsinə sabah başlanılır

Mayın 14-dən etibarən Ümumdünya Şəhərsalma Forumu 2026 (WUF13) iştirakçıları üçün akkreditasiya kartlarının verilməsinə başlanılacaq.

Bakigundem.com xəbər verir ki, Akkreditasiya və qeydiyyat prosesi Bakı Olimpiya Stadionunda yerləşən xüsusi mərkəzdə həyata keçiriləcək. İştirakçılar mayın 14–22 tarixlərində mərkəzə yaxınlaşaraq qeydiyyatdan keçə və akkreditasiya kartlarını əldə edə biləcəklər.

Onlayn qeydiyyatdan keçən şəxslər elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsini və şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər. Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi, xarici iştirakçılar isə pasport təqdim etməlidirlər.

Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) – https://events.unhabitat.org – vasitəsilə həyata keçirilir və onlayn qeydiyyat üçün son tarix mayın 15-i saat 18:00-dır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *