Ucarda narkotik tərkibli 140 kol yetişdirən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Telman Hüseynov saxlanılıb. 

Bakigundem.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *