Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur. Bunu Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.

Bakigundem.com-un məlumatına görə, səfir bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *