Türkiyədə motosikletçi qəzada ölüb, azərbaycanlı sürücü saxlanılıb

Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobili motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Tayfun Arlı ağır xəsarət alıb.

Yaralı motosikletçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qəza yerini tərk etdiyi bildirilən Azərbaycan vətəndaşı B.S. polis əməkdaşları tərəfindən qısa müddət ərzində saxlanılıb.

Sürücü polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *