Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binası tikiləcək

Tbilisidə Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə yaxın zamanda başlanacağı gözlənilir.

Bakigundem.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan və Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib.

O, mədəni-humanitar sahənin Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qaldığını vurğulayıb.

Əli Əsədov teatrın yeni binasının tikintisinə yaxın zamanda başlanacağına ümidvar olduğunu qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *