Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı yeni dəyişiklik tətbiq olunub.
Bakigundem.com xəbər verir ki, Şuşa qalasının qarşısından keçən avtomobil yolunda hərəkət artıq birtərəfli qaydada təşkil edilib.
Ərazidə sürücülərin hərəkətinə nəzarət məqsədilə müşahidə kameraları quraşdırılıb. Yeni qaydalara əməl etməyən sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.
Belə ki, yolun əks istiqamətində hərəkət edən şəxslər 4 cərimə balı ilə yanaşı, 150 manat məbləğində cərimə ödəməli olacaqlar.
Sürücülərə Şuşa şəhərində tətbiq olunan yeni yol nişanlarına diqqət yetirmək və hərəkət qaydalarına ciddi şəkildə əməl etmək tövsiyə olunur.
















Leave a Reply