Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Suriyadan Azərbaycana daha 23 nəfər repatriasiya olunub

Azərbaycan hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla daha 23 nəfər vətəndaşımız Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu barədə Bakigundem.com-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar.

Qeyd edilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *