Sumqayıt Şəhər Xəstəxanasına yeni baş həkim təyin olunub

Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinat olub.

Bakigundem.com Nocomment.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb.

Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananın baş həkim təyin edilib.

Qeyd edək ki, M.Musayev uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində, daha sonralar isə həmin xəstəxananın Urologiya şöbəsində uroloq-cərrah işləyib. İxtisasca uroloq-cərrah olan Mətləb Musayev həm də müğənni Mənzurə Musayevanın qardaşıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *