Bakigundem.com AZƏRTACa istinadən xəbər verir ki ,işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı çatıb.
Bu mərhələdə kəndə 97 ailə, ümumilikdə 419 nəfər köçürülüb və onlara yeni evlərinin açarları təqdim olunub.
Köçən ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsi ilə bağlı məlumat verilib.
Qeyd edək ki, Şükürbəyli kəndi müasir infrastrukturla yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün şərait yaradılıb.




















Leave a Reply