Son sutkada 36 cinayətin üstü açılıb, 135 axtarışda olan şəxs saxlanılıb

Avqustun 10-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən Bakigundem.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 135, o cümlədən borclu şəxs qismində axtarışda olan 113 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *