Sentyabrda 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb

2026-cı ilin sentyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib.

Bu barədə Bakigundem.com-a AEM-dən məlumat verilib.

Bildirilib ki, bu yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

“Yoxlamaların 105-i planlı, 5-i plandankənar olmuşdur. Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.1 ,452.2, 452.3 və 452.4 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir”,- məlumatda qeyd edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *