Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının növbəti iclasında və “ŞƏT Plyus” formatında keçirilən iclasda iştirak etmək üçün Bişkekə yola düşüb.
Bakigundem.com xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Tədbirlərdə ŞƏT çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aktual məsələlər, eləcə də beynəlxalq və regional əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Özbəkistan Prezidenti xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək və VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.
















Leave a Reply