Şamaxıda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb

Pirqulu stansiyasından 15 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Bakigundem.com Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, zəlzələnin maqnitudası 3,1 olub, ocağı isə 3 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *