Şahin Mustafayev növbəti 4 il üçün Stolüstü Tennis Federasiyasının prezidenti seçilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.

Bu barədə Bakigundem.com-a ASTF-dən məlumat verilib.

Bildirilib ki, 2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev qarşıdakı 4 il ərzində də Azərbaycanda stolüstü tennisin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *