Sabahkı hava ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti mayın 17-də Bakıda və Abşeron yarımadasında, 17-19-da isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Samux, Zərdab, Sabirabad, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *