Sabah külək güclənəcək: Sarı xəbərdarlıq verildi

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bakigundem.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Goranboy, Daşkəsən, Naftalan, Qobustan, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Yevlax, Bərdə, Mingəçevir, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabulda isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *