Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir.
Temperatur gecə 20-23°, gündüz 27-32° isti olacaq.
Rayonlarda da hava əsasən yağmursuz keçəcək. Lakin axşam Quba-Qusar bölgəsinin bəzi yerlərində yağış yağacağı, leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Dağlıq ərazilərdə gecə və səhər duman gözlənilir. Temperatur gecə 18-22°, gündüz 30-35° isti olacaq.
Sabah bu bölgəyə leysan yağacaq – HAVA PROQNOZU









Leave a Reply