Sabah Bakıda 27° isti olacaq – HAVA PROQNOZU

Azərbaycanda sentyabrın 26-na gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bakigundem.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək. 

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *