Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.
Bakigundem.com-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.















Leave a Reply