Səudiyyə Ərəbistanında hava limanlarına hücumlar olub: 3 nəfər ölüb, 36 nəfər yaralanıb

Səudiyyə Ərəbistanının Əbha və Kral Xalid beynəlxalq hava limanlarına hücumlar nəticəsində 3 nəfər həyatını itirib, 36 nəfər xəsarət alıb.

Bakigundem.com xarici mediaya istinadən xəbər verir ki, Əbha hava limanına hücum zamanı Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadın ölüb, 28 nəfər yaralanıb. Ər-Riyaddakı Kral Xalid beynəlxalq hava limanına hücum nəticəsində isə Sudan vətəndaşı bir nəfər həyatını itirib, 8 nəfər xəsarət alıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü Türki əl-Maliki bildirib ki, Ər-Riyada hücumda istifadə olunan ballistik raket buraxılış qurğusu Yəmənin paytaxtı Sənada məhv edilib.

İranın dəstəklədiyi husilər isə Ər-Riyad və Əbha hava limanlarını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını bəyan ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *