Səda TV-nin rəhbəri Elnur Şükürov polis tərəfindən saxlanıldı

Elnur Şükürov polis əməkdaşları tərəfindən barəsində daxil olan şikayət əsasında saxlanılıb.

Bakıgundem.com xəbər verir ki, Elnur Şükürova Cinayət Məcəlləsinin 221.2-ci (ağırlaşdırıcı hallarda xuliqanlıq) və 188.1-ci (torpaq sahəsini qanunsuz olaraq özbaşına zəbt etmə və ya digər qanunsuz hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Elnur Şükürov bir neçə il əvvəl rüşvət alma və dələduzluq əməllərində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən il cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *