Qazaxıstan Prezidenti hökumətin istefasını qəbul edib

Qazaxıstan Prezidenti Kasım- Jomart Tokayev hökumətin istefası haqqında fərman imzalayıb.

Bakigundem.com bu barədə Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Qazaxıstan hökumətinin üzvlərinin yeni kabinet təsdiqlənənə qədər vəzifələrini icra edəcəkləri dəqiqləşdirilir.

Sənədə əsasən, qərar mövcud hökumətin yeni seçilmiş Qazaxıstan Respublikasının Qurultayına istefası ilə əlaqədar qəbul edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *