Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.
Prezidentə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov görülən işlər barədə məlumat veriblər.
Mayın 17–22-də keçiriləcək forumda 180 ölkədən 32 225 nəfər qeydiyyatdan keçib. Bu göstərici WUF tarixində rekord sayılır. Tədbir çərçivəsində gündəlik 300-ə yaxın sessiya və görüşün keçirilməsi nəzərdə tutulur.
Forum zamanı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları beynəlxalq ictimaiyyətə təqdim olunacaq.




















Leave a Reply