Polis ötən gün 64 cinayətin açılmasını təmin edib, 130 axtarışda olan şəxs saxlanılıb

Noyabrın 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Bakigundem.com verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *