Polis iki gündə 88 cinayəti açıb – 83 şübhəli saxlanılıb

Sentyabrın 26-da və 27-də ölkə ərazisində qeydə alınan 88, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən Bakigundem.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *