Pensiyaların ödənilməsi iyulun 22-də yekunlaşacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bakigundem.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *