Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclası çərçivəsində OPEC-in Baş katibi Haysam Əl-Qays ilə görüşüb.
Bakigundem.com xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.
“OPEC+ əməkdaşlığını yeni mərhələyə daşıyacaq mühüm platforma kimi Əməkdaşlıq Xartiyasının perspektivləri və qlobal neft bazarında cari vəziyyət ətrafında fikir mübadiləsi apardıq”, – məlumat qeyd olunub.
Qeyd: Görüş Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclası çərçivəsində baş tutub.













Leave a Reply