Nərimanov rayonunda ağır yol qəzası

Bu gün paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Bakıgundem.com xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı avtomobil tunelində “Hyundai” və “Lexus” markalı minik avtomobilləri toqquşub. Nəticədə, avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası, eləcə də polis əməkdaşları cəlb edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *