“Nərimanov” metrosunun bir çıxışı müvəqqəti bağlanır

Bu gündən metronun “Nərimanov” stansiyasının 3 nömrəli çıxışı müvəqqəti bağlanacaq.

Bu barədə Bakigundem.com-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“Paytaxtda həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq “Nərimanov” stansiyasının 3 nömrəli çıxışı sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 20 iyul tarixindən müvəqqəti bağlanacaq.

Təmir-bərpa işləri davam etdiyi müddətdə stansiyanın digər alternativ çıxışlarından və yaxınlıqdakı yerüstü piyada keçidlərindən istifadə etməyiniz xahiş olunur,” – deyə qurumdan bildirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *