Noyabrda 11 gün iş olmayacaq

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar 4 gün ardıcıl istirahət edəcəklər.

Bakigundem.com xəbər verir ki, 8 noyabr Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçiriləcək. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Beləliklə, 7–10 noyabr tarixləri ardıcıl qeyri-iş günləri olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü nəzərdə tutulub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *