Azərbaycan Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Şahin Məmmədov barəsində cinayət işi başlanılıb. İddialara görə, o, müxtəlif vədlərlə vətəndaşlardan pul almaqda şübhəli bilinir.
Bakigundem.com “Musteqil.az”ın Instagram səhifəsinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalar çərçivəsində toplanmış materiallar əsasında cinayət işi açılıb.
Məhkəmənin qərarı ilə Şahin Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları zərərçəkənlərin sayının arta biləcəyini istisna etmirlər.















Leave a Reply