Milli Məclis Azərbaycanla Sudan arasında viza sazişini təsdiqləyib

Milli Məclis Azərbaycanla Sudan arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi sazişini ratifikasiya edib.

Bakigundem.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiqi haqqında qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.

Layihə daha sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *