Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Mikayıl Cabbarov Danimarka səfiri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarka Krallığının Azərbaycan-dakı qeyri-rezident səfiri Ole Toft və “Novo Nordisk Azərbaycan” əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşüb.

Bakigundem.com xəbər verir ki, bu barədə nazirin sosial şəbəkə hesabında paylaşım edilib.

“Ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyində olan prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi potensialını vurğuladıq. “Novo Nordisk Azərbaycan” şirkətinin fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması və dövlət-özəl tərəfdaşlığı modelində işbirliyi imkanları barədə müzakirələr apardıq”, – nazir qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *