Laos Prezidenti Thonqlun Sisulit Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib.

Bakigundem.com xəbər verir ki, Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.

Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *