Üçüncü Apellyasiya Ümumi Yurisdiksiya Məhkəməsi kriminal aləmdə “Dato Krasnodarski” və “Dato Belçikalı” kimi tanınan D.Ş. Ozmanov barəsində çıxarılmış hökmü qüvvədə saxlayıb.
Bakigundem.com xəbər verir ki, o, cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaq ittihamı ilə ciddi rejimli həbsxanada 10 il azadlıqdan məhrum edilib.
Cinayət işləri üzrə məhkəmə kollegiyası 2026-cı il mayın 25-də məhkumun vəkillərinin 2025-ci il iyulun 11-də Krasnodar Vilayət Məhkəməsi tərəfindən çıxarılmış hökmə verdiyi şikayətə baxıb. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin pozulduğunu əsas gətirərək hökmün ləğvini tələb edib.
















Leave a Reply