Kamran Əliyev özbəkistanlı həmkarı ilə görüşüb

Azərbaycan Baş prokuroru Kamran Əliyev Özbəkistan Baş prokuroru Niqmatilla Yuldoşev ilə təkbətək görüş keçirib.

Bakigundem.com xəbər verir ki, görüş zamanı iki ölkə arasında prokurorluq orqanları üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər, hüquqi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və beynəlxalq platformalarda əlaqələrin daha da möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *